İran neftinin ilk partiyası həftənin sonunadək Belarusa çatacaq

İran neftinin ilk partiyası həftənin sonunadək Belarusa çatacaq İran neftinin olduğu tanker Odessa limanına çatıb və boşaldılıb
Energetika
22 mart 2017 19:13
İran neftinin ilk partiyası həftənin sonunadək Belarusa çatacaq

Bakı. 22 mart. REPORT.AZ/ İran neftinin ilk partiyası həftənin sonunadək Belarus neft emalı zavoduna daxil olacaq.

"Report" xəbər verir ki, bu barədə "Belarus Neft Şirkəti"nin baş direktor müavini Sergey Qribə istinadən "BelTA" məlumat yayıb.

"İranın 80 min ton həcmində olan neft tankeri Odessa limanına gəlib və artıq boşaldılıb", - deyə o bildirib və qeyd edib ki, ilk neft partiyası bu həftə ərzində Mozır NEZ-nə daxil olacaq.

Son xəbərlər

Orphus sistemi