​İran neftin qiymətini üç illik minimuma endirib

​İran neftin qiymətini üç illik minimuma endirib İran, Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində bazarda itirdiyi mövqeyini bərpa etməyə çalışır
Energetika
11 Sentyabr , 2015 13:47
​İran neftin qiymətini üç illik minimuma endirib

Bakı. 11 sentyabr. REPORT.AZ/ İran Asiyadan olan müştəriləri cəlb etmək məqsədi ilə neftin satış qiymətini üç illik minimuma endirib. 

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, İran bazara çıxardığı əsas neft markası - "İranian Light"ın oktyabr ayı üçün rəsmi satış qiymətini Oman/Dubay kotirovkalarına bir barelə görə 25 sent əlavə etməklə müəyyənləşdirib. Avqust ayında bu əlavə 35 sent olub.

Beləliklə, cari ilin IV rübündə İran nefti Səudiyyə Ərəbistanının "Light" markalı neftindən 15 sent baha qiymətə təklif olunacaq. "Reuters"in məlumatına görə, bu da 2012-ci ilin IV rübündən bu günə qədər qeydə alınan ən aşağı qiymət olacaq.

İran, bu ölkədən ixrac olunan neftin iki dəfə aşağı düşməsinə gətirib çıxaran Qərbin sanksiyaları nəticəsində bazarda itirdiyi mövqeyini bərpa etməyə çalışır.

Öz növbəsində, Asiyadan olan alıcılar dünya bazarında neftin həddindən artıq çox olmasını nəzərə alaraq, qiymətlərin aşağı salınmasını tələb edir.

Aşağı qiymətlərlə yanaşı, İran OPEC-ə üzv olan bəzi ölkələr kimi (İraq, Küveyt), ödənişlərin daha uzun müddətdə həyata keçirilməsi və neftin pulsuz çatdırılmasını təklif edərək müştəriləri cəlb etməyə çalışır. 

Son xəbərlər

Orphus sistemi