Yuxarı

İran neft qiymətlərinin 50-60 dollarda sabitləşməsinə razılıq verib

Paris görüşü Əlcəzair sammitinə hazırlıq xarakteri daşıyır

Bakı. 8 sentyabr. REPORT.AZ/ Əlcəzairin neft naziri Nurəddin Buterfanın sentyabrın 9-da Parisdə Səudiyyə Ərəbistanından olan həmkarı Xalid əl-Falih və OPEC sədri Məhəmməd Barkindo ilə neft qiymətlərini müzakirə edəcəyi gözlənilir. "Report"un "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Əlcəzair Neft Nazirliyindəki mənbə tərəfindən verilib. 

Mənbə qeyd edib ki, Əlcəzair və S.Ərəbistanı nazirlərinin OPEC sədri ilə Parisdə keçiriləcək görüşündə neft qiymətlərinin 50-60 dollar/barel səviyyəsində tənzimlənməsi müzakirə olunacaq. Onun sözlərinə görə, Əlcəzair rəsmiləri İran tərəfinin artıq bu təklifə razılıq verdiyini açıqlayıblar.

Xatırladaq ki, bu görüş sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək OPEC və bir sıra üzv olmayan neft hasilatçısı ölkələrinin növbədənkənar qeyri-rəsmi sammitinə hazırlıq kimi qiymətləndirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi