İran neft ixracını artırıb

İran neft ixracını artırıb İranın gündəlik neft və qaz kondensatı ixracı 2 mln. bareli ötüb
Energetika
4 Aprel , 2016 13:06
İran neft ixracını artırıb

Bakı. 4 aprel. REPORT.AZ/ İranın gündəlik neft və qaz kondensatı ixracı 2 mln. bareli ötüb. "Report" xəbər verir ki, bunu İranın neft naziri Bijen Zengene "Şana" agentliyinə bildirib.

Nazir İranın gündəlik neft hasilatı hədəfinin 4 mln. barel olduğunu qeyd edib. İranın neft naziri bu ilin prioritetlərinin yarımçıq qalmış "Cənubi Fars" qaz yatağının fazaları, Fars Körfəzindəki "Ulduz" neft emalı zavodu və yeni imzalanan neft sazişləri olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi