İran neft hasilatının dondurulması planınına qoşulmağa hazırdır

İran neft hasilatının dondurulması planınına qoşulmağa hazırdır İran Milli Neft Şirkətinin (NIOC) nümayəndəsi son qərarın neft naziri tərəfindən veriləcəyini bildirib
Energetika
7 May , 2016 10:54
İran neft hasilatının dondurulması planınına qoşulmağa hazırdır

Bakı. 7 may. REPORT.AZ/ İran neft hasilatının dondurulması planınına qoşulmağa hazırdır. "Report" İranın "Press TV" telekanalına istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin (NIOC) nümayəndəsi Möhsün Qəmsəri məlumat verib.

NIOC-un Beynəlxalq əlaqələr üzrə direktoru olan M.Qəmsəri bunu İranın artıq neft hasilatıyla bağlı məqsədinə çatması ilə izah edib: "Neft nazirimizin məqsəd kimi müəyyənləşdirdiyi hədəfə - sutkada 4,2 milyon barelə çatmışıq. Ona görə də biz də neft hasilatının dondurulması planınına qoşulmağa hazırıq".

Bununla yanaşı, M.Qəmsəri bu məsələdə son qərarın neft naziri Bijən Namdar Zəngənə tərəfindən veriləcəyini də əlavə edib.

Son xəbərlər

Orphus sistemi