İran neft hasilatının dondurulması planına qoşulmağa hazırdır

İran neft hasilatının dondurulması planına qoşulmağa hazırdır Nazir müavini: "Neftin "ədalətli" qiyməti 55-60 dollar/barel arasındadır"
Energetika
46
24 Oktyabr , 2016 18:06
İran neft hasilatının dondurulması planına qoşulmağa hazırdır

Bakı. 24 oktyabr. REPORT.AZ/ İran neft hasilatınının müəyyən səviyyədə dondurulması planına qoşulmağa hazırdır.

“Report”un RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İRNA agentliyinə İranın neft nazirinin müavini Əmir Hüseyn Zamaniniyə bildirib.

O qeyd edib ki, İran dünya bazarında qiymətlərin sabitləşməsi üçün neft hasilatının müəyyən səviyyədə dondurulması planına qoşulmağa hazırdır. Nazir müavini hesab edir ki, neftin “ədalətli və arzuolunan” qiyməti 55-60 dollar/barel arasındadır: ”Bu qiymətə 2017-ci ildə nail olmaq mümkündür".