İran neft hasilatının azaldılması anlaşmasının uzadılmasını dəstəkləyir

İran neft hasilatının azaldılması anlaşmasının uzadılmasını dəstəkləyir OPEC-in mayın 25-dəki iclasında anlaşmanın uzadılmasını müzakirə ediləcək
Energetika
17 Aprel , 2017 11:27
İran neft hasilatının azaldılması anlaşmasının uzadılmasını dəstəkləyir

Bakı. 17 aprel. REPORT.AZ/ İran da daxil olmaqla OPEC və ona üzv olmayan ölkələr neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasının uzadılmasını dəstəkləyir. "Report" "ITAR-TASS" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı İranın neft naziri Bican Namdar Zangane İranın "IRNA" agentliyinə verib.

Nazir açıqlamasında bildirib ki, ölkələrin çoxu hasilatın azaldılması anlaşmasının uzadılmasını dəstəkləyir: "Əgər digər ölkələr buna razılıq verərsə, İran da öz növbəsində anlaşmanın uzadılmasına dəstək verəcək".

Qeyd edək ki, Əlcəzair, Küveyt, Nigeriya, Səudiyyə Ərəbistanı və Rusiya anlaşmanın uzadılmasına razılıqlarını bildirib. OPEC-in növbəti iclası mayın 25-də keçiriləcək və bu iclasda anlaşmanın prolonqasiyası məsələsinə baxılacaq.

Son xəbərlər

Orphus sistemi