İran neft hasilatını sutkada 4 milyon barelə çatdırmaq niyyətindədir

İran neft hasilatını sutkada 4 milyon barelə çatdırmaq niyyətindədir İslam Respublikası hasilatı məhdudlaşdırmayacaq
Energetika
27 Sentyabr , 2016 23:58
İran neft hasilatını sutkada 4 milyon barelə çatdırmaq niyyətindədir

Bakı. 27 sentyabr. REPORT.AZ/ İran neft hasilatını məhdudlaşdırmayacaq və onu sutkada 4 milyon barelə çatdırmaq niyyətindədir.

"Report" xəbər verir ki, bunu çərşənbə axşamı Əlcəzairdə keçirilən Beynəlxalq Enerji Forumunun kuluarlarında İslam Respublikasının neft naziri Bijan Namdar Zanqane bildirib.

"Biz OPEK-in konsultativ görüşündə (sentyabrın 28-də) sazişin imzalanmasına can atmırıq. İran öz neft hasilatını məhdudlaşdırmayacaq və onu sutkada 4 milyon barel səviyyəsinə çatdırmaq niyyətindədir", - deyə iranlı nazir qeyd edib.

O hesab edir ki, İslam Respublikası OPEK-dəki əvvəlki payını, yəni təşkilata üzv ölkələrin ümumi neft hasilatının 13%-ni geri qaytarmalıdır.

Son xəbərlər

Orphus sistemi