Yuxarı
    Bağlamaq

    İran neft hasilatında artımı dayandırıb

    Lakin İran hasilatı 4,2-4,3 mln. barel/günə çatdırmaq niyyətindədir

    Bakı. 9 sentyabr. REPORT.AZ/ İran son 3 ayda neft hasilatındakı artımı dayandırıb. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat OPEC-dəki mənbələrdən verilib. 

    Belə ki, iyun ayında İran orta hesabla gündə 3,64 mln. barel neft hasil etdiyi halda, avqutda bu göstərici 0,27% azalaraq 3,63 mln. barel təşkil edib. Buna baxmayaraq, İran gündəlik hasilatı 4,2-4,3 mln. barelə yüksəltmək məqsədi olduğunu açıqlayıb. Xatırladaq ki, 2012-ci ilin əvvəlində gündə 4 mln. barel neft hasil edən İranın sanksiyaların tətbiq edilməsi ilə hasilatı 2015-ci ilin iyununda 29% azalaraq 2,84 mln. barel/günə qədər geriləyib.

    Qeyd edək ki, sentyabrın 26-28-də Əlcəzairdə OPEC-in üzv və üzv olmayan ölkələrin iştirakı ilə növbədənkənar sammitin  keçirilməsi gözlənilir. Sammitin əsas mövzusunu neft qiymətlərini sabitləşdirmək üçün hasilatın dondurulmasının müzakirəsi olacaq. Bundan əvvəl Vyanada keçirilən sammitdə İran tərəfi iştirak etməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi