İran Liviya və Nigeriyada neft hasilatının azaldılmasını təklif edir

İran Liviya və Nigeriyada neft hasilatının azaldılmasını təklif edir OPEC+ ölkələrinin növbəti iclası noyabrda keçiriləcək
Energetika
25 Sentyabr , 2017 14:35
İran Liviya və Nigeriyada neft hasilatının azaldılmasını təklif edir

Bakı. 25 sentyabr. REPORT.AZ/ İran OPEC+ anlaşması çərçivəsində Liviya və Nigeriyada neft hasilatını azaltmağı təklif edib. "Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə "Bloomberg" agentliyinə İranın neft naziri Bican Namdar Zanqane məlumat verib.

Nazir əminliklə bildirib ki, adıçəkilən iki ölkədə neft hasilatının artması OPEC+ anlaşmasının tam həyata keçirilməsinə mane olur. Belə ki, Beynəlxalq Energetika Agentliyinin (IEA) hesabatına əsasən, avqust ayında OPEC-in hasilatı hədəf 32,5 mln. barel/gün səviyyəsini 170 min barel/gün və ya 0,52% üstələyib. Buna səbəb isə ekspertlərin fikrincə, Liviya və Nigeriyada hasilatın artması olub.

Xatırladaq ki, sentyabrın 22-də Vyanada keçirilən OPEC+ iclasından sonra açıqlama verən Rusiyanın energetika naziri Aleksandr Novak Liviya və Nigeriyanın nəinki hasilatı sabitləşdirməsi, hətta 2-3% azaltmağa razı olduğunu deyib.

Qeyd edək ki, OPEC+ ölkələrinin növbəti iclası noyabr ayında keçirəcək. 

Son xəbərlər

Orphus sistemi