İran Əlcəzair görüşündə anlaşma gözləmir

İran Əlcəzair görüşündə anlaşma gözləmir Yeni sammitin keçiriləcəyi proqnozlaşdırılır
Energetika
24 Sentyabr , 2016 13:26
İran Əlcəzair görüşündə anlaşma gözləmir

Bakı. 24 sentyabr. REPORT.AZ/ İran höküməti neft hasilatçısı ölkələrinin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək qeyri-formal sammit çərçivəsində neft hasilatının dondurulması ilə bağlı anlaşmanın əldə olunacağına inanmır. 

"Report" "The Wall Street Journal"a istinadən bildirir ki, bu barədə adının çəkilməsini istəməyən İran rəsmisi bildirib. 

Onun sözlərinə görə, rəsmi Tehran neft hasilatının dondurulması təklifi ilə çətin ki, razılaşsın: "Bu onunla əlaqədardır ki, hazırda ölkə sutkada 3,6 mln. barel neft hasil edir və bu göstərici hədəf hasilatdan - 4 mln. barreldən azdır. Hədəf hasilat səviyyəsi İrana bazarda sanksiyalardan əvvəlki payını bərpa etmək imkanı verəcək. Bu səbəbdən ölkədə sansksiyadan əvvəlki hasilat səviyyəsinəı qayıtmaq üçün təzyiqlər böyükdür".

Xatırladaq ki, İrandan başqa Liviya və Nigeriyanın da hasilatı artırmaqla bağlı planlarının olduğu bildirilir. Bu iki ölkədə müxtəlif problemlər ucbatından hasilat dəfələrlə azalıb. 

"Report"un analitik qrupu hesab edir ki, Əlcəzair görüşündə İran, Liviya və Nigeriyaya hasilatı ilin sonuna qədər istədikləri səviyyəyə çatdırmaq üşün vaxt veriləcək və buna görə də, hasilatın dondurulması ilə bağlı razılıq əldə olunmayacaq. Amma bu görüşdə növbəti sammitin tarixinin müəyyənləşdirilərək neft bazarına ümid veriləcəyi proqnozlaşdırır. 

Son xəbərlər

Orphus sistemi