Yuxarı

​İran Dohada neft istehsalçılarının görüşündə iştirakdan imtina edib

Nazir: Bizim bu görüşdə iştirakımız vacib deyil

Bakı. 17 aprel. REPORT.AZ/ İran bu gün karbohidrogen istehsal edən ölkələrin Dohada keçiriləcək görüşünə öz nümayəndələrini göndərməkdən imtina edib.

"Report" xəbər verir ki, bu barədə İslam Respublikasının neft naziri Bijan Namdar Zanqanenin bəyanatında bildirilir.

Onun sözlərinə görə, danışıqlarda neft hasilatını dondurmaq məsələsini müzakirə etmək istəyən tərəflər iştirak edirlər.

"İran belə bir plan imzalamayacaq, bizim bu görüşdə iştirakımız vacib deyil", — deyə o əlavə edib.

Azərbaycanın energetika naziri Natiq Əliyev şənbə günü TASS-a müsahibəsində bildirib ki, istehsalçı ölkələrin imzalamağı planlaşdırdıqları saziş neft hasilatının 2016-cı ilin oktyabr ayınadək yanvar səviyyəsində dondurulmasını nəzərdə tutur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi