Yuxarı
    Bağlamaq

    İran bazarın sabitləşməsi üçün neft danışıqlarının davam etdirilməsini istəyir

    Mehdi Asali: OPEK üzvü olan və olmayan neft hasilatçılarının əksəriyyəti İranın mövqeyini dəstəkləyir

    Bakı. 18 aprel. REPORT.AZ/ İran OPEK üzvlərini və təşkilata daxil olmayan neft istehsal edən ölkələrdən bazarın sabitləşməsi üçün neft danışıqlarının davam etdirilməsini xahiş edib.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın OPEK-dəki daimi nümayəndəsi Mehdi Asali məlumat verib.

    O bildirib ki, OPEK üzvü olan və olmayan neft hasilatçılarının əksəriyyəti İranın mövqeyini dəstəkləyir.

    "Neft hasilatının səviyyəsini dondurmağı təklif edənlər İranın bu variantı qəbul etməkdən başqa seçiminin olmadığını düşünməklə səhvə yol verib", - deyə M.Asali sözlərinə əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi