​İran Avropaya sutkada 700 min barel neft tədarük edəcək

​İran Avropaya sutkada 700 min barel neft tədarük edəcək Müqavilə Avropa komissarının Kanyete Migel Ariasın Tehrana səfəri zamanı imzalanıb
Energetika
17 Aprel , 2016 11:29
​İran Avropaya sutkada 700 min barel neft tədarük edəcək

Bakı. 17 aprel. REPORT.AZ/ İran Avropa bazarına sutkada 700 min barel neft nəqlinə dair müqavilə imzalayıb.

"Report" İRNA-ya istinadən xəbər verir ki, bunu İranın neft naziri Bican Nəmdar Zanqane bildirib.

Eyni zamanda, Zanqane bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələri İrana enerji təchizatı sahəsində etibarlı tərəfdaş kimi baxır və qeyd edib ki, ölkədən Avropa bazarına neft və qaz nəqlinin yaxşılaşdırılması üçün İran və Aİ arasında stabil danışıqlar aparılmalıdır. Zanqane əlavə edib ki, Avropa şirkətləri İranın neft, qaz və neft-kimya sektoruna sərmayə yatırmalıdır.

Nazir bu barədə müqavilənin energetika və iqlim üzrə Avropa komissarı Migel Arias Kanyetenin Tehrana səfəri zamanı imzalandığını bildirib.

Son xəbərlər

Orphus sistemi