İran 20-dən çox xarici şirkətin neft-qaz layihələri üzrə tenderdə iştirakına icazə verib

İran 20-dən çox xarici şirkətin neft-qaz layihələri üzrə tenderdə iştirakına icazə verib Sazişlər yeni format üzrə bağlanacaq
Energetika
4 yanvar 2017 11:50
İran 20-dən çox xarici şirkətin neft-qaz layihələri üzrə tenderdə iştirakına icazə verib

Bakı. 4 yanvar. REPORT.AZ/ İran 20-dən çox xarici şirkətin neft-qaz layihələri üzrə tender mərhələsində iştirak etməsinə icazə verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İran Milli Neft Şirkətindən (NIOC) bildiriblər. 

İcazə verilənlər arasında "Total" (Fransa), "Shell" (İngiltərə-Hollandiya), "Eni" (İtaliya), CNPC (Çin), Petronas (Malayziya), Qazprom (Rusiya) və başqa tanınmış şirkətllər var.

İran Milli Neft Şirkətindən verilən məlumata görə, sazişlər yeni format üzrə bağlanacaq. Yaradılacaq müştərək müəssisə hasilatın pay bölgüsü əsasında işləyəcək.

Son xəbərlər

Orphus sistemi