İran 15 mlrd. barellik yeni neft yatağı kəşf edib

İran 15 mlrd. barellik yeni neft yatağı kəşf edib İran aprel ayına qədər hasilatı 4 mln. barel/günə çatdıracaq
Energetika
7 Fevral , 2017 12:38
İran 15 mlrd. barellik yeni neft yatağı kəşf edib

Bakı. 7 fevral. REPORT.AZ/ İran 15 mlrd. barel həcmində ehtiyatı olan yeni neft yatağı kəşf edib ki, bundan 2 mlrd. barel hasil oluna biləndir. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətindən (NIOC) məlumat verilib. Bundan başqa xəbərdə bildirilir ki, İran qaz ehtiyatlarını da 1,8 trln. kubmetr artırıb ki, bunun da yarısı, yəni 900 mlrd. kubmetri hasil oluna biləndir. 

NIOC-un icraçı direktoru Əli Kardorun sözlərinə görə, bu ehtiyatlardan istifadə üçün kifayət qədər böyük investisiya və müasir texnologiyaya ehtiyac var. Kardor həmçinin qeyd edib ki, İran aprel ayına qədər neft hasilatını 4 mln. barel/günə çatdıracaq. Xatırladaq ki, İrana tətbiq olunan sanksiyaların 2016-cı il yanvar ayında ləğv edildiyi zaman gündəlik hasilatı 2 mln. bareldən bir qədər artıq olub.

"Report"un analitik qrupu xəbər verir ki, bu xəbərin açıqlanması neft qiymətlərinin 56 dollar/bareldən aşağı düşməsinə səbəb olub. Bu gün və sabah ABŞ neft ehtiyatları və hasilatı göstəricilərinin açıqlanması və cümə günü ABŞ-ın aktiv neft quyularının sayı barədə hesabat neftin qiymətinin istiqamətini müəyyənləşdirəcək.

Son xəbərlər

Orphus sistemi