Gürcüstanın iqtisadiyyat naziri “Qazprom”la sazişlə bağlı parlamentdə sualları cavablandıracaq

Gürcüstanın iqtisadiyyat naziri “Qazprom”la sazişlə bağlı parlamentdə sualları cavablandıracaq Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava sabah parlamentdə Rusiyanın “Qazprom” şirkəti ilə bağlanmış qaz tədarükü barədə sazişlə bağlı sualları cavablandıracaq.
Energetika
6 İyun , 2019 16:33
Gürcüstanın iqtisadiyyat naziri “Qazprom”la sazişlə bağlı parlamentdə sualları cavablandıracaq

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava sabah parlamentdə Rusiyanın “Qazprom” şirkəti ilə bağlanmış qaz tədarükü barədə sazişlə bağlı sualları cavablandıracaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, nazir qanunverici orqana müxalif Vahid Milli Hərəkat Partiyasının İqtisadi siyasət komitəsinə müraciəti əsasında çağırılıb.

Komitə iclasında N.Turnava deputatların suallarını cavablandıracaq. Nazirə ünvanlanacaq suallar Çiatura şəhərində mədənçilərin tətili, Potidə limanın inşası, bu ilin aprelində Pankisi dərəsində inşası nəzərdə tutulan SES-lə bağlı etirazlar və Gürcüstan hökumətinin Rusiyanın “Qazprom” şirkəti ilə əldə etdiyi razılıqla bağlı olacaq.

Qeyd edək ki, Gürcüstan və Rusiyanın “Qazprom” şirkəti arasında qaz tədarükü barədə razılıq bu ilin aprelində əldə olunub. Razılaşmaya əsasən, qonşu ölkə bu il Rusiyadan 144 mln kubmetr təbii qaz idxal etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi