​İnvestisiya bankları 2017-ci il üçün neft qiymətləri ilə bağlı proqnozlarını azaldıb

​İnvestisiya bankları 2017-ci il üçün neft qiymətləri ilə bağlı proqnozlarını azaldıb Neft bazarındakı tarazlıq tələbatın azalması, Nigeriyada hasilatın bərpası, S.Ərəbistanı ilə Rusiyada hasilatın artması fonunda pozulub
Energetika
4 Avqust , 2016 20:50
​İnvestisiya bankları 2017-ci il üçün neft qiymətləri ilə bağlı proqnozlarını azaldıb

Bakı. 4 avqust. REPORT.AZ/ İnvestisiya banklarının analitikləri 2017-ci il üçün orta neft qiymətləri üzrə proqnozlarını keçən ayla müqayisədə 1 dollar azaldıblar. 

"Report"un RBC agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı "The Wall Street Journal" apardığı sorğu əsasında yayıb. 

On üç investisiya bankının təmsilçilərinin iştirak etdiyi sorğunun nəticələrinə əsasən, 2017-ci ildə WTİ markalı neftin orta qiyməti 55 dollar/barelə bərabər olacaq. Xatırladaq ki, keçən il qəzetin apardığı sorğuda analitiklər bu il üçün neftin orta qiymətinin 70 dollar/barel olacağını ehtimal etmişdilər. Sorğuda iştirak edən banklar 2016-cı ilin sonuna qədər neft qiymətlərinin 50 dollar həddini aşmayacağını, gələn il isə 60 dollar/barelə qədər yüksələcəyini ehtimal ediblər.

Ümumiyyətlə, neft qiymətləri iyul ayının sonundan etibarən azalma trendinə daxil olub. İCE əmtəə birjasından verilən məlumata əsasən, investorların və hedc-fondların neftin qiymətinin artması istiqamətində mövqelərinin həcmi son 5,5 ayın minimal həddinə çatıb. 

"Wall Street Journal"a görə, neft qiymətlərinin azalmasına əsas səbəb benzin ehtiyatlarının qlobal miqyasda artması amili səbəb olub. "Citigroup"un açıqlamasına əsasən, dünya üzrə benzin ehtiyatı rekord hədd - 500 mln. barelə yaxınlaşıb. 

"J.P.Morgan" bankının yaydığı məlumata isə, neft bazarındakı tarazlıq son aylarda neftə tələbin azalması, bununla bərabər Nigeriyada hasilatın bərpası və S.Ərəbistanı ilə Rusiyada hasilatın artması fonunda pozulub. Bu da öz növbəsində neftin qiymətinin aşağı istiqamətdə hərəkətini davam edəcəyini göstərir.

Son xəbərlər

Orphus sistemi