İndoneziyanın dövlət neft şirkəti Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirir

İndoneziyanın dövlət neft şirkəti Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirir
Energetika
30 May , 2018 12:54
İndoneziyanın dövlət neft şirkəti Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirir
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ "Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiririk".

Bunu "Report"a açıqlamasında İndoneziyanın dövlət neft şirkəti "Pertamina"nın vitse-prezidenti Eko Rukmono deyib.

Onun sözlərinə görə, təmsil etdiyi şirkət Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "daunstrim" sahəsində əməkdaşlıq edir və gələcəkdə "apstrim" sahəsində də əməkdaşlıq etmək istəyir. 

E.Rukmono Azərbaycandan olan mütəxəssislərin İndoneziyada neft kəşfiyyatı və hasılatı əməliyyatlarında iştirak etdiyini vurğulayıb. O həmçinin deyib ki, ölkəsi bundan sonra da Azərbaycandan neft almaq niyyətindədir.