İndoneziya OPEC-ə üzvlüyünü bərpa edə bilər

İndoneziya OPEC-ə üzvlüyünü bərpa edə bilər OPEC İndoneziyanın hasilatı azaltmamaq tələbi ilə razılaşır
Energetika
5 İyun , 2017 17:40
İndoneziya OPEC-ə üzvlüyünü bərpa edə bilər

Bakı. 5 iyun. REPORT.AZ/ İndoneziya hökuməti ötən həftə neft hasilatının azaldılmaması şərti ilə OPEC-ə üzvlüyünün bərpası üçün sənədləri kartelə təqdim edib.

“Report” RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın energetika və dağ-mədən sənayesi nazirinin xüsusi müşaviri Hadi Curaid bildirib: “İndoneziya neft hasilatınım azaldılmayacağı şərti ilə OPEC-ə üzvlüyünün bərpasına razıdır. OPEC İndoneziyanın hasilatı azaltmamaq tələbi ilə razılaşır".

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla, bir neçə OPEC üzvü İndoneziyadan yenidən kartelə qoşulmağı xahiş edib. Hökumət karteldə İndoneziyanı kimin təmsil edəcəyini hələ müəyyənləşdirməyib.

İndoneziya ötən ilin noyabr ayında OPEC-də üzvlüyünün dondurulması barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi