İndiyədək dünya bazarına 482 mln. ton Azərbaycan nefti çıxarılıb

İndiyədək dünya bazarına 482 mln. ton Azərbaycan nefti çıxarılıb Bakı. 9 iyul. REPORT.AZ/ İndiyədək dünya bazarına 482 mln. ton Azərbaycan nefti çıxarılıb.
Energetika
9 İyul , 2018 16:56
İndiyədək dünya bazarına 482 mln. ton Azərbaycan nefti çıxarılıb
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ İndiyədək dünya bazarına 482 mln. ton Azərbaycan nefti çıxarılıb. 

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

O bildirib ki, bu həcmin 362 mln. tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə nəql edilib.

SOCAR rəsmisi qeyd edib ki, indiyədək dünya bazarına nəql olunan neftin 262 mln. tonunu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-“Çıraq-“Günəşli” yataqlar blokundan çıxarılan və Azərbaycanın payına düşən mənfəət nefti təşkil edib.

X.Yusifzadənin sözlərinə görə, işlənmənin əvvəlindən (1997-ci il) indiyədək AÇG-dən 460 mln. ton neft hasil edilib.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb.

Son xəbərlər

Orphus sistemi