İndiyədək BTC ilə 307 mln. ton xam neft nəql edilib

İndiyədək BTC ilə 307 mln. ton xam neft nəql edilib Xam neft Ceyhanda 3 026 tankerə yüklənərək dünya bazarına göndərilib
Energetika
30 Noyabr , 2015 19:11
İndiyədək BTC ilə 307 mln. ton  xam neft nəql edilib

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bəri bu boru kəməri vasitəsilə ümümilikdə təxminən 2,3 mlrd. barel (307 mln. ton) xam neft nəql edilib. "Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin biznes əməliyyatları haqqında hesabatında qeyd olunub.

Xam neft Ceyhanda 3 026 tankerə yüklənərək dünya bazarına göndərilib.

Üç rüb ərzində BTC vasitəsilə təqribən 26,3 mln. ton (198 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 275 tankerə yüklənib.

Bu ilin 9 ayı ərzində boru kəməri üzrə əməliyyat xərclərinə təqribən 106 mln. dollar, əsaslı xərclərə isə 32 mln. dollar sərf olunub.

Qeyd edək ki, hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

"BTC Co."nun səhmdarları isə BP (30,10%), AzBTC (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "İtochu" (3,40%), "Inpex" (2,50%), CİECO (2,50%) və ONGC (2,36%) şirkətləridir. 

Son xəbərlər

Orphus sistemi