Yuxarı
    Bağlamaq

    İmişli rayonunun daha bir kəndinə ilk dəfə qaz verilib

    Hazırda İmişli rayonunun daha 7 kəndində tikinti quraşdırma işləri davam etdirilir

    Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün İmişli rayonunun Qaradonlu kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

    “Report”un “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 250 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1 091 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 25 063 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib,mənzillərə 250 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

    Hazırda İmişli rayonunun daha 7 kəndində (Qaravəlili, Mirili, Çahar, Gövhərli,Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi