İMF növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb

İMF növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb Beynəlxalq Valyuta Fondu (İMF) növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb.
Energetika
21 Sentyabr , 2019 10:25
İMF növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb

Beynəlxalq Valyuta Fondu (İMF) növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb.

“Report” İMF-in yeni hesabatına istinadən xəbər verir ki, Fondun proqnozlarına əsasən, bu ilin sonuna neftin bir barrelinin orta illik qiyməti 63,5 ABŞ dolları təşkil edəcək.

2020-ci ildə isə neftin bir barrelinin illik qiyməti 3,6 dollar və ya 5,7% azalaraq 59,9 dollar təşkil edəcəyi gözlənilir.

Fondun proqnozuna əsasən, 2021-ci ildə neftin bir barrelinin orta illik qiyməti 58,0 dollar olacaq ki, bu da daha əvvəlki ilə nisbətdə 1,9 dollar və ya 3,2% azdır. 2022-ci və 2023-cü illərdə isə neftin orta illik qiyməti 57,2 dollar olacağı proqnozlaşdırılır ki, bu da 2021-ci ilə nisbətdə 0,8 dollar və ya 1,38% azdır.

Hesabatda vurğulanır ki, 2024-cü ildə neftin bir barrelinin orta illik qiymətinin cüzi artacağı proqnozlaşdırılır. Belə ki, 2024-cü ildə neftin bir barrelinin orta illik qiyməti 57,6 dollar olacağı proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 0,4 dollar və ya 0,7% artacaq.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət və icmal büdcəsində neftin 1 barrelinin qiyməti 55 ABŞ dolları nəzərdə tutulub. Bu, neftin 2019-cu ildəki büdcə qiyməti ilə müqayisədə 5 dollar azdır. 2019-cu ildə neftin bir barrelinin qiyməti büdcədə 60 dollar götürülüb.

Son xəbərlər

Orphus sistemi