İlin ilk rübündə AÇG-nin xərcləri artıb

İlin ilk rübündə AÇG-nin xərcləri artıb
Energetika
13 May , 2019 16:03
İlin ilk rübündə AÇG-nin xərcləri artıb

Bu ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə, təqribən, 138 mln. dollar əməliyyat məsrəfləri xərclənib.

Bu barədə “Report” yataqlar blokunun operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabata əsasən xəbər verir.

Məlumata görə, bu, 2018-ci ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 36 mln. dollar və ya 35,3% çoxdur.

Bu ilin ilk rübü ərzində yataqlar blokunun fəaliyyətlərinə, təqribən, 279 mln. dollar əsaslı məsrəflər xərclənib ki, bu da 2018-ci ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 19 mln. dollar və ya 7,3% çoxdur.

Qeyd edək ki, AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), “İnpex” (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.