İlin I yarısında ABƏŞ AÇG-yə 788 mln. dollar xərcləyib

İlin I yarısında ABƏŞ AÇG-yə 788 mln. dollar xərcləyib Bakı. 1 avqust. REPORT.AZ/ 2018-ci ilin I yarısında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinə 788 mln. ABŞ dolları xərcləyib.
Energetika
1 Avqust , 2018 17:22
İlin I yarısında ABƏŞ AÇG-yə 788 mln. dollar xərcləyib
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ 2018-ci ilin I yarısında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinə 788 mln. ABŞ dolları xərcləyib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı məlumatda qeyd edilib.

Bu məbləğ ötən ilin müvafiq dövründən 5% azdır.

AÇG üzrə xərclərin təqribən 236 mln. dolları əməliyyat məsrəfləri, 552 mln. dolları əsaslı məsrəflər təşkil edib. İlin I yarısında AÇG-nin əməliyyat xərclərinin həcmi illik müqayisədə 2,6% artıb, əsaslı xərcləri isə 8% azalıb.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Yeni saziş yatağın 2050-ci ilədək işlənməsini nəzərdə tutur.

Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

Son xəbərlər

Orphus sistemi