Yuxarı

İlham Əliyev “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşdü

İlham Əliyev “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münhendə “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Qeyd olunub ki, ölkələrimiz siyasi, iqtisadi-ticari və digər sahələrdə yaxşı əməkdaşlıq edirlər, hökumətlərarası komissiya səmərəli fəaliyyət göstərir.

Görüşdə vurğulanıb ki, İtaliya şirkətləri Azərbaycanda icra olunan layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər.

Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi