Prezident İlham Əliyev: Fevralda Bakıda "Cənub" qaz dəhlizinin birinci məşvərət şurası keçiriləcək

Prezident İlham Əliyev: Fevralda Bakıda "Cənub" qaz dəhlizinin birinci məşvərət şurası keçiriləcək İclasda layihə ilə bağlı konkret tövsiyələr veriləcək
Energetika
15 Yanvar , 2015 16:53
Prezident İlham Əliyev: Fevralda Bakıda Cənub qaz dəhlizinin birinci məşvərət şurası keçiriləcək

Bakı. 15 yanvar. REPORT.AZ/ "Azərbaycan və Türkiyə arasında iqtisadi sahədə gözəl əməkdaşlıq var". "Report"un verdiyi xəbərə görə, bunu Ankarada keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasından sonra mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, son illərdə Azərbaycan Türkiyəyə qarşılıqlı şəkildə milyonlarla dollar həcmində sərmayələr yatırıb: "2020-ci ilə qədər Türkiyəyə qoyulacaq sərmayələrin həcmi 20 mlrd. dollara çatacaq".

Prezident İ.Əliyev bildirib ki, "Cənub" qaz dəhlizi layihəsi enerji sahəsində əməkdaşlığı dərinləşdirəcək: "Burada biz artıq çoxtərəfli əməkdaşlığa qədəm qoyacağıq. Gələn ay Bakıda "Cənub" qaz dəhlizinin birinci məşvərət şurası keçiriləcək və bu şurada konkret tövsiyələr veriləcək".

TANAP layihəsi barədə danışan dövlət başçısı qeyd edib ki, bu layihə "Cənub" qaz dəhlizinin "bel sütunu"dur və Avropanın hazırda ən iri infrastruktur layihəsidir. Bu layihəyə toplam 45 mlrd. dollar sərmayə yatırılacaq.

Azərbaycan Prezidenti onu da bildirib ki, Baki-Tbilisi-Qars dəmir yolu xətti layihəsi və digər layihələr vaxtı-vaxtında icra olunacaq.

Son xəbərlər

Orphus sistemi