Yuxarı
    Bağlamaq

    İlham Əliyev: "Enerji sahəsində Türkiyə-Azərbaycan tərəfdaşlığı çox önəmlidir"

    Bizim dostluğumuz nəinki regional, hətta qlobal əhəmiyyətə malik olan amildir

    Bakı. 18 fevral. REPORT.AZ/ "Biz enerji və nəqliyyat layihələrimizi Türkiyə ilə sıx əməkdaşlıq şəraitində həyata keçiririk. Türkiyə bizim üçün qardaş ölkədir. Bizim çox sıx münasibətlərimiz var".

    "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də "Əl-Cəzirə" televiziyasına müsahibəsində deyib.

    "Türkiyə və Azərbaycan, o cümlədən bizim dostluğumuz nəinki regional, hətta qlobal əhəmiyyətə malik olan amildir. Çünki Azərbaycanın enerji resursları birinci olaraq Türkiyəni əlavə enerji ilə təchiz edir, eyni zamanda, bu enerji resursları Türkiyə vasitəsilə beynəlxalq bazarlara çatdırılır. Bizim əsas neft boru kəmərimiz Ceyhanda, Aralıq dənizinin sahilində bitir. Eyni zamanda, TANAP–Trans-Anadolu kəməri. Bu ad artıq özlüyündə kəmərin mahiyyətindən xəbər verir. Buna görə də nəqliyyat və enerji sahəsində Türkiyə-Azərbaycan tərəfdaşlığı bu nəhəng layihələrin icrası üçün çox önəmlidir və ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələr və xalqlarımız arasındakı qardaşlıq münasibətləri bu layihənin uğurlu icrası üçün əsas amildir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi