İlham Əliyev: "Azərbaycan hökuməti SOCAR-ı özəlləşdirmək niyyətində deyil"

İlham Əliyev: "Azərbaycan hökuməti SOCAR-ı özəlləşdirmək niyyətində deyil" "Hesab edirəm ki, neftin bugünkü qiymətini nəzərə alsaq, manatın kursu sabitdir"
Energetika
22 Yanvar , 2016 09:25
İlham Əliyev: Azərbaycan hökuməti SOCAR-ı özəlləşdirmək niyyətində deyil

Bakı. 22 Yanvar. REPORT.AZ/ "Azərbaycan hökuməti əsas ixrac məhsulu olan neftin qiymətinin aşağı düşməsi fonunda nə milli valyutanı ayaqda tutmaq üçün əlavə işlər görəcək, nə də əsas strateji aktivi olan Dövlət Neft Şirkətini (SOCAR) özəlləşdirəcək".

"Report" "Praym" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Ümumdünya İqtisadi Forumu zamanı "RİA Novosti"yə müsahibəsində deyib.

Mənbə yazır ki, neft gəlirləri Azərbaycanın ümumi ixracının 90%-ni təşkil edir. Azərbaycan milli valyutası olan manat 2014-cü ildən bu yana neftin qiymətinin təxminən 4 dəfə aşağı düşməsi fonunda 2 dəfə devalvasiyaya məruz qalıb və dollar qarşısında təxminən 50% dəyər itirib. Bunun nəticəsində manat üzən məzənnəyə keçib.

"Manatla bağlı deyə bilərəm ki, edə biləcəklərimizi artıq etmişik. Fikrimcə, hökumət daha əlavə tədbirlər görməyəcək. Hesab edirəm ki, neftin bugünkü qiymətini nəzərə alsaq, manatın kursu sabitdir. Neftin qiymətinin daha da aşağı düşəcəyi təqdirdə manatın bundan ziyan görəcəyini düşünmürəm. İndi manatın əsl kursudur. Daha əvvəl bir qədər dəyəri yüksələn manat indi öz yerini tapıb", - deyə Prezident bildirib.

Rusiya şirkətlərinin Azərbaycanda bir neçə gün əvvəl elan olunan genişmiqyaslı özəlləşdirilmədə iştirak edə bilib-bilməyəcəyi ilə bağlı danışan Prezident İlham Əliyev "Rusiya Azərbaycanın yaxın dostudur. İstək olarsa, yalnız sevinərik. Hələ yeni elan etmişik, müraciət edən yoxdur" deyib.

İ.Əliyevin sözlərinə görə, özəlləşdirmə üçün nəzərdə tutulan şirkətlərin siyahısı tezliklə müzakirəyə çıxarılacaq.

"Amma SOCAR istənilən halda dövlət mülkiyyəti olaraq qalacaq. Çünki bu, strateji aktivdir", - Prezident xüsusi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi