İlham Əliyev: “Azərbaycan bundan sonra ən azı 100 il özünü və bir çox ölkələri təbii qazla təmin edəcək”

İlham Əliyev: “Azərbaycan bundan sonra ən azı 100 il özünü və bir çox ölkələri təbii qazla təmin edəcək” Ümumilikdə qaz ehtiyatlarımız 2,6 trln. kubmetrdir
Energetika
6 Sentyabr , 2017 14:46
İlham Əliyev: “Azərbaycan bundan sonra ən azı 100 il özünü və bir çox ölkələri təbii qazla təmin edəcək”

Bakı. 6 sentyabr. REPORT.AZ/ “Azərbaycan bundan sonra ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edəcək”.

“Report”un məlumatına görə, bunu Prezident İlham Əliyev sentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində çıxışı zamanı deyib.

“Şahdəniz”ə gəldikdə isə bu yatağın minimum qaz ehtiyatı 1,2 trln.kubmetrdir. Bu, dünyanın ən böyük qaz yataqlarından biridir. Ümumilikdə isə qaz ehtiyatlarımız 2,6 trln. kubmetrdir. Yəni Azərbaycan bundan sonra ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edəcək”,-Azərbaycan Prezidenti əlavə edib.

Son xəbərlər

Orphus sistemi