​Sabah iki rayonun kəndlərinə qaz verilişində məhdudiyyətlər olacaq

​Sabah iki rayonun kəndlərinə qaz verilişində məhdudiyyətlər olacaq Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq
Energetika
14 Sentyabr , 2015 16:40
​Sabah iki rayonun kəndlərinə qaz verilişində məhdudiyyətlər olacaq

Bakı. 14 sentyabr. REPORT.AZ/ Sentyabrın 15-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Yekəxana” və Astara magistral qaz kəmərləri sahəsinin “Orduxal” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında təmir işləri aparılacaq.

Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Təmir müddətində Göyçay rayonunun Yekəxana, Qaraməryəm və Şahsoltanlı, həmçinin, Lerik rayonunun Orduxal kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Son xəbərlər

Orphus sistemi