Sabah iki magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Sabah iki magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq Hacıqabul rayonunun üç kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
21 Yanvar , 2016 17:10
Sabah iki magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 22-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Lökbatan yolayırıcı”, eləcə də Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qarasu” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir müddətində Hacıqabul rayonunun Qarasu, Padar və Abdulabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Səbail rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi