İki ayda Ukrayna Azərbaycandan 77,6 mln. dollarlıq neft alıb

İki ayda Ukrayna Azərbaycandan 77,6 mln. dollarlıq neft alıb Bakı. 12 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan Ukraynaya 77,587 mln. ABŞ dolları məbləğində xam neft ixrac olunub.
Energetika
12 Mart , 2018 17:09
İki ayda Ukrayna Azərbaycandan 77,6 mln. dollarlıq neft alıb

Bakı. 12 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan Ukraynaya 77,587 mln. ABŞ dolları məbləğində xam neft ixrac olunub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Maliyyə Xidmətinin məlumatında qeyd olunub.

İlin iki ayı ərzində Ukrayna, ümumilikdə, 150 577 ton həcmində neft idxal edib. Bu həcm isə ötən ilin müvafiq dövründən 32% və ya 36 523 ton artıqdır. Ukraynanın idxal etdiyi neftin dəyəri 80,272 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 54,3% artıqdır.

Hesabat dövründə Ukrayna İrandan 1,844 mln. dollarlıq, Macarıstandan 295 min dollarlıq, digər ölkələrdən isə 546 min dollarlıq neft idxal edib.

Son xəbərlər

Orphus sistemi