İki avtomobil qəzası Bakıda 850 abunəçini qazsız qoyub

İki avtomobil qəzası Bakıda 850 abunəçini qazsız qoyub Bu gün səhər saatlarında Bakının Xəzər rayonunda, “Binə Sovxozu” deyilən yaşayış massivində “KamAZ” markalı yük avtomobili ilə 108 mm diametrində olan qaz xətti yararsız hala salınıb.
Energetika
17 Sentyabr , 2019 09:38
İki avtomobil qəzası Bakıda 850 abunəçini qazsız qoyub

Bu gün səhər saatlarında Bakının Xəzər rayonunda, “Binə Sovxozu” deyilən yaşayış massivində “KamAZ” markalı yük avtomobili ilə 108 mm diametrində olan qaz xətti yararsız hala salınıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, kəmər dayaqlardan qopardılaraq yerə salınıb. Bununla əlaqədar 350 abunəçinin qaz təchizatı dayandırılıb.

Bundan başqa, gecə saatlarında Bakının Nizami rayonunun N.Abdullayev küçəsində dairəvi formada qoşulmuş diametri 159 mm olan qaz xətti avtomobil qəzası zamanı qırılıb. Hadisəyə görə 500 abunəçinin qaz təchizatı dayandırılıb. Səhər saatlarından qazın verilişi üçün bərpa işləri sürətləndirilib.

Son xəbərlər

Orphus sistemi