Elmar Məmmədyarov: “Təbii qaz İƏT ölkələrin iqtisadiyyatında "keçid yanacağı" rolunu oynaya bilər”

Elmar Məmmədyarov: “Təbii qaz İƏT ölkələrin iqtisadiyyatında "keçid yanacağı" rolunu oynaya bilər” “Biz regional enerji gündəliyində dayanıqlı enerji və enerji ətraf mühitini ECO Vision 2025 və BMT-nin 2030 Gündəliyinə uyğun olaraq təmin etmək üçün İqtisadi Əməkdaşlıq Təşkilatıın (İƏT) davamlı səylərini qiymətləndiririk”.
Energetika
9 Noyabr , 2019 17:25
Elmar Məmmədyarov: “Təbii qaz İƏT ölkələrin iqtisadiyyatında keçid yanacağı rolunu oynaya bilər”

“Biz regional enerji gündəliyində dayanıqlı enerji və enerji ətraf mühitini "ECO Vision 2025" və BMT-nin 2030 Gündəliyinə uyğun olaraq təmin etmək üçün İqtisadi Əməkdaşlıq Təşkilatıın (İƏT) davamlı səylərini qiymətləndiririk”.

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İƏT-in Antalyada keçirilən Nazirlər Şurasının 24-cü iclasında deyib.

Nazir bildirib ki, bu regional diqqət “İƏT” bölgəsinin bərpa olunan enerji və səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarını aça bilər: “İƏT” Təmiz Enerji Mərkəzinin yaradılması bu meyllərə uyğun gələ bilər".

E.Məmmədyarov vurğulayıb ki, təbii qazı unutmayaq, çünki bu, təmiz qalıq yanacaqdır və daha yaxşı enerjiyə qənaət edən həll yollarına keçməyə çalışdığımız zaman iqtisadiyyatlarımızda "keçid yanacağı" rolunu oynaya bilər.

Son xəbərlər

Orphus sistemi