Bakı. 2 oktyabr. REPORT.AZ/ OPEC hasilatı sabit saxlasa, OECD ölkələrinin neft ehtiyatları 2018-ci ildə artacaq.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu proqnozu Beynəlxalq Energetika Agentliyi (İEA) verib.
Agentlik hesabatında bildirib ki, bu il qlobal neft ehtiyatlarında önəmli dərəcədə azalma olmasına baxmayaraq, ABŞ-da şist neft hasilatının artması, Çinin neft idxalında qeyri-müəyyənlik səbəbindən analitiklərimiz 2018-ci il üçün neft ehtiyatlarında artım olacağını proqnozlaşdırıb.
"Əgər OPEC hasilat həcmini dəyişməzsə, OECD ölkələrində neft ehtiyatları 6-9 ay ərzində kifayət qədər azalmayacaq. Hətta biz ehtiyatların artacağını gözləyirik", - İEA-nın analitiki Olivye Lejen qeyd edib.
İEA 2018-ci ildə ABŞ-da şist neft hasilatının 1,1 mln. barel/gün artacağını ehtimal edib.