Yuxarı
    Bağlamaq

    İcraçı direktor: “TAP Balkan və Qərbi Avropada 7 mln. ailəni qazla təchiz edəcək”

    TAP qaz bazarında daha çevik və təhlükəsiz qaz təchizatı baxımından əhəmiyyət daşıyır

    Bakı. 26 sentyabr. REPORT.AZ/ “Trans Adriatik Boru Kəməri (TAP) layihəsi İtaliya və Avropa üçün strateji əhəmiyyətə malikdir”.

    “Report” xəbər verir ki, bunu TAP AG-nin icraçı direktoru Luka Şipati (Luca Schieppati) Milanda keçirilən İtaliya Enerji Sammitində çıxış edərkən deyib.

    L.Şipati TAP-ın region üçün əhəmiyyəti haqqında da danışıb:

    “TAP qaz bazarında daha çevik və təhlükəsiz qaz təchizatı baxımından əhəmiyyət daşıyır. Həmçinin Balkan və Qərbi Avropada, təxminən, 7 mln. ailənin qaz tələbatı ödəniləcək”.

    "Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

    2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

    TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi