Bakı. 4 iyun. REPORT.AZ/ I Avropa Oyunlarına paytaxt Bakı ilə yanaşı Mingəçevir şəhəri də ev sahibliyi edəcək. “
Səhmdar Cəmiyyətin Elektrik enerjisinin ötürülmə İdarəsindən əldə edilən məlumata görə, enerji təchizatı müəssisəsinin elektrik enerjisinə artan tələbatının ödənilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib. İstehlakçıları dayanıqlı elektrik enerjisi ilə təchiz etmək üçün bütün yüksək gərginlikli elektrik şəbəkəsi müəssisələri, o cümlədən Abşeron və Mingəçevir yüksək gərginlikli elektrik şəbəkələri gücləndirilmiş iş rejiminə keçib. Əlavə mal-material ehtiyatı yaradılıb və növbətçi briqadaların sayı artırılıb.
Xatırladaq ki, iyunun 14-16-da Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe növləri üzrə yarışlar keçiriləcək.