Yuxarı

​Hindistan vahid dövlət neft korporasiyası yaratmağı planlaşdırır

Korporasiyada 13 neft şirkəti yer alacaq

Bakı. 25 iyul. REPORT.AZ/ Hindistan hökuməti 13 milli neft şirkətinin vahid dövlət korporasiyasında birləşdirilməsi üçün məsləhətləşmələrə başlamaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "The Economic Times" hökumətdəki mənbəyə istinadən yazıb.

Məlumata görə, Hindistanın Neft Nazirliyi Neft və Təbii Qaz Korporasiyası (ONGC) daxil olmaqla birləşdiriləcək 13 şirkətin qiymətləndirməsini aparır. Yeni şirkət yaradılarsa onun bazar dəyəri Rusiyanın "Rosneft" şirkətindən də yüksək ola bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi