Hindistan Səudiyyə Ərəbistanından qaz idxalına başlaya bilər

Hindistan Səudiyyə Ərəbistanından qaz idxalına başlaya bilər Səudiyyə Ərəbistanı Hindistana LPG ixrac edəcək.
Energetika
29 Mart , 2020 19:49
Hindistan Səudiyyə Ərəbistanından qaz idxalına başlaya bilər

Səudiyyə Ərəbistanı Hindistana LPG ixrac edəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın neft və təbii qaz naziri Dharmendra Pradhan Səudiyyə Ərəbistanının enerji naziri Əbdüləziz bin Salmanla dünya neft bazarlarındakı vəziyyətə dair danışıqlarından sonra bildirib.

“Şahzadə Əbdüləzizlə və “Saudi Aramco” rəhbəri Əmin Nasirlə video-konfransımız oldu. Dünya neft bazarlarındakı gedişatla və Səudiyyə Ərəbistanından Hindistana fasiləsiz LPG tədarükü ilə bağlı müzakirə apardıq. Əlahəzrət şahzadə Əbdüləziz bizim yerli ehtiyacımızı ödəmək üçün qarşıdakı günlərdə LPG tədarük edəcəklərinə arxayın etdi”, - deyə hindistanlı nazir “Twitter”dəki hesabından bildirib.

Son vaxtlar Hindistanda qaza tələbatın artdığı bildirilir. Dünyada xam neftin üçüncü, LPG-nin isə dördüncü idxalatçısı olan Hindistan şirkətləri koronavirus üzündən sərhədlərin bağlanması nəticəsində LPG tədarükü ilə bağlı fors-major elan etməyə başlayıblar.

Son xəbərlər

Orphus sistemi