Bakı. 9 noyabr. REPORT.AZ/ Hindistan ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan güzəştlər əldə etdikdən sonra İslam Respublikasından neft idxalı imkanlarını araşdırır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Hindistanın
“ABŞ-ın Hindistanın enerji təhlükəsizliyinə göstərdiyi diqqəti yüksək qiymətləndirir və alqışlayırıq. Ölkəmiz İranın xam neftinin iri idxalçılarındandır və bu, enerji təhlükəsizliyimiz baxımından çox əhəmiyyətlidir. ABŞ-ın tətbiq etdiyi istisna halları araşdırırıq”, - o qeyd edib.
XİN rəsmisi ABŞ-la əldə olunmuş, İrandan neft idxalını davam etdirməyə imkan verən razılaşmanın təfərrüatını açıqlaya bilməyəcəklərini də diqqətə çatdırıb.