Bakı. 27 noyabr. REPORT.AZ/ Hindistan oktyabr ayında İran neftinin idxalını ötən illə müqayisədə 36% artırıb.
"Report" xəbər verir ki, bu barədə Hindistanın Statistika və Xarici Ticarət İnstitutunun hesabatında deyilir.
İran neftinin idxalını artırmaqla Hindistana Səudiyyə Ərəbistanından xam maddə idxalını 13% azaldıb.
Hesabatda yazılanlara əsasən, sentyabrda Hindistan İrandan 1,89 milyon ton neft idxal edib. Oktyabrda isə bu göstərici 2,59 milyon tona çatıb, bu isə pul ekvivalentində 1,42 milyard dollar deməkdir.
Oktyabrda Səudiyyə Ərəbistanından Hindistana 3,05 milyon ton neft ixrac edilib və bu, sentyabr ayına nisbətən 13 faiz azdır.
Qeyd edək ki, Hindistan Çindən sonra İran neftinin ikinci böyük idxalçısıdır.