Hindistan 18 mln. ton həcmində strateji neft ehtiyatını yaradacaq

Hindistan 18 mln. ton həcmində strateji neft ehtiyatını yaradacaq İlk mərhələdə Vişakxapatnam şəhərində birinci anbara görə təxminən 1.3 mln. neft üçün 200 mln. ABŞ dolları məbləğində vəsait ayrılacaq
Energetika
4 Avqust , 2015 05:33
Hindistan 18 mln. ton həcmində strateji neft ehtiyatını yaradacaq

Bakı. 4 avqust. REPORT.AZ/ Hindistan yaxın bir neçə il ərzində 18 mln. ton həcmində strateji neft ehtiyatını yaradacaq. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın maliyyə, korporasiya işləri, informasiya və teleradioyayım naziri Arun Centli bildirib. 

Onun sözlərinə görə, ilk mərhələdə Hindistanın cənub-şərqində yerləşən Vişakxapatnam şəhərindəki (Andxra-Pradeş ştatı) birinci anbar üçün 1,3 milyon ton neftin alınmasına 11,5 milyard rupi (təxminən 200 milyon ABŞ dolları) vəsait ayrılacaq.

Bundan başqa, çox ehtimal ki, il ərzində Manqalor və Padur şəhərlərində daha 2 anbar açılacaq və onlar üçün müvafiq olaraq 1,5 mln. və 2,5 mln neft alınacaq. Anbarların tikintisi artıq başa çatır. İkinci mərhələdə Çandikxol, Bikaneri Rackotda daha 12,5 mln. neft üçün anbarlar yaradılacaq. 

Hindistan neftə olan tələbatının 80%-ni idxal edir. Beynəlxalq enerji agentliynin proqnozlarına görə, 2020-ci ilə ölkə dünyanın ən iri karbohidrogen alıcısı olacaq. Qeyd edək ki, 2014-cü ildə Hindistan gündə 3,86 mln. barrel neft idxal edib.

Son xəbərlər

Orphus sistemi