Heydər Əliyev adına NEZ-də ekoloji tədbirlər görülür

Heydər Əliyev adına NEZ-də ekoloji tədbirlər görülür Müxtəlif avadanlıqda yığılıb qalmış 4 147 ton neft şlamı zərərsizləşdirilib
Energetika
18 Noyabr , 2016 17:43
Heydər Əliyev adına NEZ-də ekoloji tədbirlər görülür

Bakı. 18 noyabr. REPORT.AZ/ Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 2016-cı il üçün nəzərdə tutulmuş ekoloji tədbirlər yerinə yetirilməkdədir.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, ötən müddətdə “Alfa-Laval” qurğusundan istifadə olunmaqla müxtəlif avadanlıqda yığılıb qalmış 4 147 ton neft şlamı zərərsizləşdirilib.

Zavod ərazisində, istehsalat sahələrində ağaclar, mövsümi güllər əkilir, məişət tullantıları zərərsizləşdirilir, atmosferə atılan tullantılar minimuma endirilir. Zavodun sahələrindən 1 089 kubmetr həcmində məişət tullantısı daşınıb, ərazidən 350 tondan çox metal tullantı kənarlaşdırılıb. Texnoloji qurğuların movcud soyutma sistemi ilin isti aylarında tələbata cavab verə bilmədiyinə görə, Fransanın “Hamon Thermal Europe” şirkəti tərəfindən yeni susoyutma qurğusunun (qradirni) tikinti (məhsuldarlığı 7 000 kubmetr/saat) işləri davam etdirilir. 

Qeyd olunub ki, çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 №-li sahədə bioloji təmizləmə qurğusunda I pillədə 2 ədəd çökdürücü mexaniki qarışıqlardan təmizlənib, mexaniki qarışıq lil meydançasına vurulub. Zavodun istehsalat və sahələrində sərf olunmuş suyun miqdarına nəzarət etmək üçün 22 ədəd su sayğacı alınıb və quraşdırılıb, su itkisinin qarşısı alınıb. Zavodda ətraf mühitin mühafizəsi tədbirləri mütəmadi olaraq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi