Hеydər Əliyеv аdınа Neft Emalı Zavodunun qurğularında təmir işləri aparılıb

Hеydər Əliyеv аdınа Neft Emalı Zavodunun qurğularında təmir işləri aparılıb İlkin еmаl qurğusunun bir çox hissələri təmir edilib və ya yenisi ilə əvəzlənib, 2 ədəd nasos quraşdırılıb
Energetika
15 Sentyabr , 2017 17:40
Hеydər Əliyеv аdınа Neft Emalı Zavodunun qurğularında təmir işləri aparılıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Hеydər Əliyеv аdınа Neft Еmalı Zavodunun əsаs tехnоlоji qurğulаrındа - 55 nömrəli katalitik krekinq, 21 nömrəli ilkin еmаl, 43 nömrəli kokslaşdırma və 31 nömrəli katalitik riforminq qurğulаrında qrafikə uyğun olaraq illik təmir işləri aparılıb.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, ilkin еmаl qurğusunun bir çox hissələri təmir edilib və ya yenisi ilə əvəzlənib, 2 ədəd nasos quraşdırılıb. Hazırda qurğu 650 m3/saat məhsuldarlıqla istismar olunur və texniki göstəricilər tələb olunan normalara uyğundur. Katalitik krekinq qurğusunda korroziyaya uğrayan hissələr dəyişdirilib. 

“Xüsusi əhəmiyyəti nəzərə alınaraq, 100-cü bölmədən su kondensatın təmizlənməsi bölməsinə qədər yeni kondensat xətti quraşdırılıb, hidro-təmizləmə bölməsində modernizasiya işləri aparılıb. Katalitik riforminq qurğusunda isə istismara yararsız hissələr təzələnib, qurğunun hidro-təmizləmə bölməsi yoxlanılıb. Bölmə üçün 2,5 ton yeni katalizator əlavə olunub ki, bu da alınan yanacağın keyfiyyət göstəricilərinə müsbət təsir göstərəcək. Kokslaşdırma qurğusunda da cari təmir işləri görülüb, xüsusilə buxarın alınması qazanında sferik hissə dəyişdirilib”,-məlumatda qeyd olunub.

Qeyd edək ki, buxar qazanı reaktorlar bölməsindəki siyirtmələrin gövdəsinə buxarın verilməsini təmin edir.                               

Son xəbərlər

Orphus sistemi