Hesablama Palatası: "Neft hasilatı azalacaq, təbii qaz hasilatı artacaq"

Hesablama Palatası: "Neft hasilatı azalacaq, təbii qaz hasilatı artacaq" Sənəddə deyilir ki,qaz hasilatı
Energetika
1 Noyabr , 2022 09:33
Hesablama Palatası: Neft hasilatı azalacaq, təbii qaz hasilatı artacaq

Azərbaycanda gələn il neft hasilatının həcminin 4,6 % azalacağı, əmtəəlik təbii qaz hasilatının həcminin isə 6,2 % artacağı nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “Büdcə zərfi"nə verdiyi rəydə bildirilir.

Sənəddə deyilir ki, neft-qaz sektorunda artım "mavi yanacaq" hasilatının artımı hesabına olacaq.

Qeyd edək ki,  2022-ci ildə Azərbaycanda 34 milyon 830,3 min ton neft və 43 milyard 514 milyon kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır. Bu da 2021-ci ilin faktiki göstərici ilə müqayisədə neft hasilatında (qaz kondensatı ilə birlikdə) 0,7 % çox, qaz hasilatında isə 0,8 % azdır.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 34,4 milyard kubmetr təbii qaz hasil edilib. Ötən ilin müvafiq dövrünə nisbətən 8,6 %, yəni 2,7 milyard kubmetr artımla qaz hasil edilib. Qazın 10 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 18,5 milyard kubmetri “Şahdəniz”dən, 5,9 milyard kubmetri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 24,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 15,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,3 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,8 milyon ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi