Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.
Energetika
6 Noyabr , 2018 18:51
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.

Fonddan "Report"a verilən məlumata görə, iclasda 2017-ci il üzrə HSŞ hesabatının layihəsi iştirakçılara təqdim edilib. 

Hesabatda Azərbaycan dövlətinin hasilat sənayesi şirkətlərindən əldə etdiyi gəlirlər və hasilat şirkətlərinin dövlətə ödənişlərinin üzləşdirilməsi ilə yanaşı, ölkənin hasilat sənayesinə dair digər əhəmiyyətli məlumatlar, o cümlədən hasilat sahəsində dövlət şirkətlərinin fəaliyyəti barədə məlumatlar öz əksini tapıb.

Eyni zamanda Benefisiar Sahiblik məlumatlarının açıqlanması üzrə layihənin icrası, HSŞ-nin dövlət qurumlarının gündəlik işinə inteqrasiyası (EIT Mainstreaming) məsələləri müzakirə olunub.

İclasda vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən Hasilat Sənayesində Şəffaflıq hesabatlılığının "Azərbaycan standartı"nın hazırlanması üzrə layihə, vətəndaş cəmiyyəti institutlarının HSŞ sisteminin yaradılması və tətbiq edilməsində iştirak səviyyəsinin müəyyənləşdirilməsi, eyni zamanda şirkətlər tərəfindən hökumətə edilən neft, qaz və digər hasilat ödəmələri, eləcə də hökumətin şirkətlərdən aldığı bütün mövcud gəlirlər haqqında açıqlama və hesabatların 2017-ci il 5 aprel fərmanından irəli gələn prinsip və meyarlara uyğunluğunun təhlili üzrə təqdimatlar edilib.

Son xəbərlər

Orphus sistemi