Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların və ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.
Energetika
26 Noyabr , 2018 17:54
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların və ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.

Fonddan “Report”a verilən məluamta görə, iclasda 2017-ci il üzrə HSŞ hesabatının yekun versiyası iştirakçılara təqdim edilib, 2017-ci il üzrə İcmal HSŞ hesabatının mətni müzakirə edilərək təsdiq olunub.

Bunlarla yanaşı, Benefisiar Sahiblik məlumatlarının açıqlanması üzrə layihənin icrası, HSŞ-nin dövlət qurumlarının gündəlik işinə inteqrasiyası (EIT Mainstreaming) və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi