Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın ilk iclası keçirilib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın ilk iclası keçirilib Şahmar Mövsümov: "Komissiya şəffaflıq sahəsində bir neçə formatı nəzərdən keçirəcək"
Energetika
18 Aprel , 2017 16:08
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın ilk iclası keçirilib
Report.az

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 5-də imzaladığı fərman əsasında yaradılmış Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (HSŞK) ilk iclası keçirilib.

"Report" xəbər verir ki, bunu Dövlət Neft Fondunun icraçı direktoru, Hasilat Sənayesində Şəffalıq üzrə Komissiyanın sədri Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, iclasda Komissiyanın əsasnaməsi, Komissiyanın qərarlarının qəbulu prosesi, maraqlı tərəflərlə iş birliyinin qurulması, eləcə də 2016-cı il üzrə Şəffaflıq Hesabatının məzmunu, hesabat verəcək hasilat şirkətlərinin siyahısı, auditorun seçim proseduru və digər məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

"İclasda Komissiyanın 2017-ci il üzrə Fəaliyyət Planı, Hasilat Sənayesində Şəffaflıq üzrə hesabat formaları, Şərtlər Toplusu müzakirə edilib və təsdiqlənib. Bizim qarşımızda duran əsas məsələlərdən biri hesabatlılığın davamlılığının təmin olunmasıdır. İstəməzdik ki, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsündən (EİTİ) çıxdıqdan sonra hesabatlılığın açıqlanmasında hansısa fasilə yaransın. Ona görə də bu iclasda 2016-cı ilin hesabatının hazırlanması prosesinin təşkilinə fokuslanmışıq. Komissiya şəffaflıq sahəsində bir neçə formatı nəzərdən keçirəcək", - deyə Komissiyanın sədri qeyd edib.

Son xəbərlər

Orphus sistemi